
Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynovun qəbulunda rayon sakinlərindən biri damarını doğrayıb.
Bu barədə “Azadlıq”a qəbulda olan rayon sakinlərindən biri məlumat verib. Hadisənin dünən baş verdiyini deyən mənbənin sözlərinə görə, hər həftənin çərşənbə axşamı icra başçısının qəbul günüdür: “Ötən həftə qadın şikayətçi Rafil Hüseynovun qəbulundan çıxandan sonra icra hakimiyyətinin binasının içində üzərinə benzin tökdü.
Özünü yandırmaq istəyəndə qəbula gələn başqa şikayətçilərin köməyilə buna imkan verilmədi. Dünən bu qəbildən olan daha bir hadisə baş verdi. Xıl kəndinin sakini Nəsrəddin Əmirov icra başçısının qəbulunda oldu. Şikayəti sosial müavinətlərlə bağlı idi. Ona yardım edilmirdi. Deyirdi ki, idarə onunla 50 faiz prinsipilə işləmək istəyir. Yəni, 6 ayın sosial müavinətinin 3 ayını idarəyə qaytarmalıdır. O da bununla razılaşmadığı üçün başçının qəbuluna gəlib”.