Xəbər lenti

İcra başçısının sürücüsü qəzada öldü (FOTO)
Ölkə 09:26 10.08.2026

İcra başçısının sürücüsü qəzada öldü (FOTO)

Zaqatalada ağır yol qəzası baş verib.

Qaynarinfo Lent.az-a istinadən xəbər verir ki, hadisə Zaqatala-Qax yolunun rayonun Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı "Opel” və "VAZ 2199” markalı avtomobillər toqquşub. Nəticədə, "VAZ”ın sürücüsü Laçın Hacıyev hadisə yerində ölüb, bir neçə nəfər isə yaralanıb.

Əldə edilən məlumata görə, qəzada ölən şəxs Zaqatalanın icra başçısının sürücüsüdür.

Faktla bağlı araşdırma aparılır.


Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->