Xəbər lenti

İcra hakimiyyəti ağacların diblərini asfaltladı (FOTO)
Ölkə08:36 26.02.2024

İcra hakimiyyəti ağacların diblərini asfaltladı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Suraxanı rayonu, Əmircan qəsəbəsində abadlıq-quruculuq işləri çərçivəsində ağacların dibinə kimi asfalt çəkilib.
Oxu.az xəbər verir ki, bu mənzərəni özündə əks etdirən şəkillər Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmi "Facebook” səhifəsində paylaşılıb.
Qurumun rəsmi məlumatında qeyd olunub ki, asfaltlanma işləri qəsəbənin Hasil Bayramov küçəsində aparılıb.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-a bildirildi ki, məsələ araşdırılacaq və əlavə məlumat veriləcək.
Fotoları təqdim edirik: