Xəbər lenti

İcra Hakimiyyəti: “Tri Koronı” kimi tanınan binaların yaxınlığında tikinti işləri aparılmır”
Ölkə12:47 19.07.2020

İcra Hakimiyyəti: “Tri Koronı” kimi tanınan binaların yaxınlığında tikinti işləri aparılmır”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Yasamal rayonunda "Tri Koronı” kimi tanınan binaların yaxınlığında heç bir tikinti işləri aparılmır.
Bu barədə APA-ya Yasamal rayon İcra Hakimiyyətindən bildirilib.
Məlumata görə, hazırda həmin ərazidə abadlıq işləri aparılır: "Ərazi abadlaşdırılır, tullantılardan təmizlənir. Bəzi media orqanlarında iddia olunduğu kimi, heç inşaat yoxdur, göl qurudulmur".