Xəbər lenti

İcra Hakimiyyəti və İctimai Birlik arasında məhkəmə çəkişməsi - Qərargah qalmaqalı (YENİLƏNİB)
Ölkə12:33 10.06.2022

İcra Hakimiyyəti və İctimai Birlik arasında məhkəmə çəkişməsi - Qərargah qalmaqalı (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səbail Rayon İcra Hakimiyyəti Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyini məhkəməyə verib. 
Qaynarinfo xəbər verir ki, iddia Bakı İnzibati Məhkəməsinin hakimi Mehriban Qarayevanın icraatındadır. Məhkəmə çəkişməsinin səbəbi torpaq münasibətləri üzrə mübahəsilərdir.
Maraqlıdır ki, Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyi də Səbail Rayon İcra Hakimiyyətini məhkəməyə verib. Bu barədə Qaynarinfo-ya birliyin sədri Tahir Məmmədov bildirib. Onun sözlərinə görə, məhkəmə çəkişməsinin səbəbi qərargah problemi ilə bağlıdır:
"Biz qərargah üçün yer istədik. İcra Hakimiyyəti isə bildirdi ki, balansında yer yoxdur. Bundan sonra qərargah tikmək üçün torpaq sahəsi ayrılmasını xahiş etdik. Lakin yenə müsbət cavab ala bilmədik. Ona görə də məhkəməyə müraciət etməli olduq. Necə ola bilər ki, restoran, əyləncə mərkəzi tikməyə yer var, amma şəhid ailələrinin, əlillərin, müharibə veteranlarının hüquqlarını müdafiə edən bir təşkilat üçün yer tapılmır?".
Birlik sədri İcra Hakimiyyətinin onları məhkəməyə verməsindən xəbərsiz olduğunu bildirib.
Qaynarinfo məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Anar Hüseynovla da əlaqə saxlayıb. O, araşdırma apardıqdan sonra münasibət bildirəcəyini söyləsə də, sonradan zənglərə cavab verməyib.
***
Günün sonunda Səbail Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Anar Hüseynov redaksiyamızla əlaqə saxlayaraq, təmsil etdiyi qurumun heç bir təşkilatı məhkəməyə vermədiyini bildirib.
Seyid