Xəbər lenti

İcra Hakimiyyətindən biabırçı məktub - FOTOFAKT
Ölkə17:34 02.03.2013

İcra Hakimiyyətindən biabırçı məktub - FOTOFAKT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səbail rayon İcra Hakimiyyətinin rayon ərazisində fəaliyyət göstərən sahibkarlara Novruz Bayramı ilə əlaqədar şəhid, məcburi köçkün və qaçqın ailələrinə yardım edilməsi ilə əlaqədar məktub göndərib.

Məktub dərhal sosial şəbəkələrdə yayılıb.

Prezident İlham Əliyevin icra hakimiyyəti rəhbərlərinə sahibkarları incitməmək və onları məcburi olaraq sosial yardımlara, abadlıq işlərinə cəlb etməmək xəbərdarlığı fonunda bu məktub, sosial şəbəkələrdə narazılıq yaradıb.

Səbail Rayon İcra Hakimiyyətindən gun.az-a bildiriblər ki, deyilənlər heç də həqiqəti əks etdirmir.

“Biz heç bir sahibkardan nə isə tələb etməmişik. Sadəcə olaraq sahibkarlara müraciət edərək Novruz bayramı ərəfəsində rayon ərazisində yaşayan imkansız, qaçqın, aztəminatlı ailələrə, eləcə də yaşlı və tənha insanlara yardım etmələrini xahiş etmişik. Bu sosial şəbəkələrdə və bəzi KİV-lərdə yazıldığı kimi məcburi yox, könüllü humanitar bir aksiyadır. Yəni, kim istəyir bu aksiyada könüllü şəkildə iştirak edir, istəməyənlər isə etmir”-deyə, Səbail RİH-dən bildiriblər.

Qaynar.info