Xəbər lenti

İcra Hakimiyyətindən qəza ilə bağlı açıqlama
Ölkə12:52 13.05.2014

İcra Hakimiyyətindən qəza ilə bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Səbail rayon İcra Hakimiyyəti bəzi mətbuat otrqanlarında Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev tərəfindən ölümlə nəticələnən qəza törədilməsi barədə verilən məlumatlara münasibət bildirib.

İcra Hakimiyyətindən Trend-ə daxil olan məlumatda bildirilir ki, bu məlumatlar yalandır və həqiqətə uyğun deyil. Qəza hadisəsini törədən şəxs saxlanılıb və hazırda istintaq aparılır.

Qeyd edək ki, bəzi mətbuat orqanlarında 2 nəfərin ağır yaralanmasına, 1 nəfərin isə ölümünə səbəb olan yol qəzasının Y.Allahverdiyev tərəfindən törədildiyi barədə məlumatlar yayılmışdı.

Qaynar.info