Xəbər lenti

İcra hakimiyyətinin maşını körpüdən aşdı: 1 ölü, 4 yaralı
Ölkə13:20 06.05.2015

İcra hakimiyyətinin maşını körpüdən aşdı: 1 ölü, 4 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda rayon icra hakimiyyətinə məxsus avtomobil körpüdən düşüb. “Report” xəbər verir ki, hadisə Qax şəhərində baş verib.
Belə ki, Qax Rayon İcra Hakimiyyətinə məxsus (RİH) “34 AA 054” dövlət nömrə nişanlı “QAZ 3110” markalı avtomobil Kürmük çayı üzərindəki körpüdən düşüb.
Hadisə nəticəsində bir nəfər ölüb, dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ölən şəxs Qax Rayon İcra Hakimiyyətinin əməkdaşı Şahid Əhmədovdur.
Yaralıların adları dəqiqləşdirilir.
Qaynar.info