Xəbər lenti

İcra Hakimiyyətinin sabiq əməkdaşı həbs olundu
Ölkə10:06 28.12.2019

İcra Hakimiyyətinin sabiq əməkdaşı həbs olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Saatlı rayon İcra Hakimiyyətinin (RİH) sabiq əməkdaşı həbs olunub.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, Saatlı RİH-də Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının müdafiəsi üzrə komissiyanın keçmiş əməkdaşı Ağayev Nəriman Mirhadı oğlu Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) maddəsi ilə təqsirli bilinir. Onun barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edilir ki, adı çəkilən şəxs vətəndaşların etibarından sui-istifadə edərək onları aldadıb, bir neçə nəfərdən dövlət hesabına fərdi yaşayış evlərinin tikilməsi məqsədi ilə külli miqdarda pul alıb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.