Xəbər lenti

İcra Hakimiyyətinin vəzifəli şəxsi bıçaqlandı
Ölkə14:10 11.09.2017

İcra Hakimiyyətinin vəzifəli şəxsi bıçaqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Quba Rayon İcra Hakimiyyətinin (RİH) Memarlıq və tikinti şöbəsinin müdiri Nizaməddin Əmrullayev bıçaqlanıb.

"Qaynarinfo" "Report"a istinadən xəbər verir ki, hadisə mübahisə zəminində baş verib.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin sol tərəfinin, sol çiyinin arxa hissəsinin və sol said sümüyünün kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qaynarinfo.Az