Xəbər lenti

İcra hakmiyyəti ilə vətəndaşlar arasında torpaq qalmaqalı
Ölkə12:56 12.06.2014

İcra hakmiyyəti ilə vətəndaşlar arasında torpaq qalmaqalı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Beyləqan rayon Bünyad Sərdərov küçəsi ev 37-də yaşayan Zalov Musa Fərman oğlu icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Zakir Mehdiyevin qanunsuz əməllərindən şikayətlənib. 

Rayon sakini bildirib ki, Z.Mehdiyev bütün bu qanunsuz əməllərini İcra Hakimiyyətinin adı ilə həyata keçirir. 

Vətənşdaş şikayət məktubunda vurğulayır ki, sözügedən məmur rayon sakinlərinə məxsus pay torpaqlarını belə mənimsəməkdən çəkinmir: "Beyləqan rayon icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Zakir Mehdiyevin Dünyamalılar kəndində pay torpaqları var. Bu zaman necə olur ki, “Dostluq Damazlıq Birliyi Sovxozu”nun əhalisi uzun illərdir torpaq həsrətində olduğu halda, Zakir Mehtiyev qanunsuz olaraq Sovxoz ərazisində rayon Mərkəzi xəstəxanasının yanındakı torpaqlarımızı zəbt etmişdir. 

Z.Mehdiyev mənimsədiyi torpaqlarda qanunsuz tikililər və obeyktlər inşa etdirib. Həmin obyektlər heç bir qanunla uzlaşmır və dövlət qeydiyyatından keçirilməmişdir. O, obyektində çalışan şəxləsrlə heç bir əmək müqaviləsi imzalamamışdır. Hətta kassa aparatından belə istifadə etmir. Bununla yanaşı, nəqd hesablaşmalarda qəbz verməklə xidmət göstərilmir.

Hörmətli gunxeber.com xəbər agentliyinin rəhbərliyi! Sizdən xahiş edirəm ki, icra hakimiyyətinin hüquq şöbəsinin müdirinin qa nunsuz əməlləri haqqında ictimaəti məlumatlandırasınız”.

Qeyd edək ki, Zakir Mehdiyevin qanunsuz əməlləri bununla da bitmir. 

Şöbə müdiri ETSN-nin rəyi olmada kanalın mühavizə zolağında tikinti aparıb və həmin obyektlərdən çirkli tullantıların kanala axıdılması bu gün də davam edir. 

Onu da əlavə edək ki, Z.Mehdiyevdən bundan əvvəl də redkasiyamıza şikayət məktubu daxil olmuşdu. Məlumatlar arasında Z.Mehdiyevin işə gec gəldiyi üçün icra başçısı Vaqif Abdullayev tərəfindən töhmət verməsi də var idi.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq///Gunxeber.com