Xəbər lenti

İcra nümayəndəsi azyaşlı qızı qaçırdı - Azərbaycanda
Ölkə14:43 16.01.2014

İcra nümayəndəsi azyaşlı qızı qaçırdı - Azərbaycanda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şabran rayonu Zivə kəndinin icra nümayəndəsi 37 yaşlı Şəmsi Bayramov yetkinlik yaşına çatmamış qızı evlilik məqsədi ilə qaçırıb. 

Qaynar.info xəbər verir ki, bu barədə interpress.az saytı məlumat yayıb. 

Bununla bağlı interpress.az Şabran rayon icra hakimiyyətinin ictimai-siyasi məsələlər üzrə müavini Fikrət Nüşiyevlə əlaqə saxlayıb. 

O, bildirib ki, hadisədən xəbəri var: “Bununla bağlı polisə və ya Şabran rayonu icra hakimiyyətinə heç bir rəsmi məlumat daxil olmayıb. Şəmsi Babayevin həyat yoldaşı dünyasını dəyişib və o, ikinci dəfə ailə həyatı qurub. Ailə məsələsi olduğuna və hadisə haqda şikayət olmadığına görə, heç kim müdaxilə edə bilməz”. 

Qaynar.info