Xəbər lenti

İctimai Televiziyada daha bir kadr dəyişikliyi
Ölkə07:29 25.05.2013

İctimai Televiziyada daha bir kadr dəyişikliyi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İctimai Televiziyada daha bir kadr dəyişikliyi baş verib. 

“Qafqazinfo”nun xəbərinə görə, İTV-yə yeni seçilən baş direktor Cəmil Quliyev bu dəfə televiziyanın Musiqi Departamentinin rəhbərini dəyişib. 

Maraqlıdır ki, bu dəfə də təyinat AzTV üzərindən gerçəkləşib. Belə ki, İTV-yə gətirilən Əsəd Məmmədov əvvəllər AzTV-nin Musiqi redaksiyasının baş redaktoru olub. O, AzTV-də Nadir Axundovun kadrı kimi tanınıb. 

Bu vaxta kimi isə İTV-də musiqi departamentinin rəhbəri Natiq Abdullayev olub. O, mayın əvvələrində vəzifəsindən kənarlaşdırılıb.

Qaynar.info