Xəbər lenti

İTV-dən 6-cı mərtəbədən yıxılan əməkdaşı ilə bağlı açıqlama (YENİLƏNİB)
Ölkə11:05 12.03.2020

İTV-dən 6-cı mərtəbədən yıxılan əməkdaşı ilə bağlı açıqlama (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün təxminən saat 12:40 radələrində İctimai Televiziya və Radio Yayımları Şirkətinin eşitmə və danışma qüsurlu əməkdaşı Rasim Babayev qurumun inzibati binasının altıncı mərtəbəsindən yerə yıxılıb.

Bu barədə "Report"a şirkətdən məlumat verilib.
Bildirilib ki, şirkət əməkdaşları tərəfindən dərhal Təcili Tibbi yardım çağırılıb: "Rasim Babayev xəstəxanaya aparılıb. Hazırda o həkimlərin nəzarətindədir".
Məlumatda qeyd edilib ki, hadisə əməkdaşın birbaşa əmək funksiyalarını yerinə yetirən zaman yaşanmayıb: "Bununla bağlı aidiyyatı orqanlara məlumat verilib".
14.11
Bakıda İctimai Televiziyanın binasında xoşagəlməz hadisə baş verib.
Qaynarinfo xəbər veir ki, Lent.az -ın əldə etdiyi məlumata görə, televiziyanın əməkdaşı binanın 6-cı mərtəbəsindən yıxılıb. Rasim adlı əməkdaş 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Bu xəbəri Mərkəzdən Lent.az -a təsdiqləyiblər. Bildirilir ki, vəziyyəti ağırdır.
Hadisənin intihar olduğu, yaxud ehtiyatsızlıqdan baş verdiyi hələ ki məlum deyil.
Xəbər barədə əlavə məlumat verəcəyik.