
Rasim Qaraca
Tur Heyerdal adı Azərbaycanda çoxməşhurdur, buna baxmayaraq onun haqqında yeni gələn nəsillərətəkrar-təkrar danışmaq lazımdır. 90-cı illərin ortalarında, Azərbaycandamilli-vətənsevərlik hisslərinin coşqun çağlarında, HeyerdalınAzərbaycan və Skandinaviya xalqlarının eyni kökdən olmasına dairsəsləndirdiyi (bu haqda fikirlərini ilk dəfə 1995-ci ildə “AzerbaijanInternational” jurnalında dərc etdirmişdi) tezisləri ildırım sürətiyləbütün təbəqədən olan insanlar arasında yayılmışdı və bu qeyri-adiinsanın adı azərbaycanlılar üçün çox doğmalaşmışdı. Son illərə qədər,mən özüm də daxil olmaqla, bizim Tur Heyerdal haqqında biliklərimizitoplayıb bir neçə cümlədə ifadə etmək mümkün idi.
2011-ciildə “Azerbaijan International” jurnalının redaktoru Betty Blairınard-arda nəşr etdirdiyi iki kitab – Tur Heyerdalın müəllifi olduğu“Adəmin izi ilə” və Betty xanımım çapa hazırladığı məqalələr toplusu“Tur Heyerdal, sərhədləri aşaraq və dənizləri aşaraq” kitabları, TurHeyerdalın bu qədər önəm verdiyi, dəfələrlə səfər etdiyi Azərbaycandailk dəfə onun haqqında geniş məlumat almağa və onu yaxından tanımağaimkan yaratdı.
Cəmi bir il sonra isə, xoşbəxtbir təsadüf nəticəsində, rəhbəri olduğum “Alatoran” ədəbiyyat jurnalınınəlavə nəşrləri qismində Tur Heyerdalın “Kon-Tiki səyahəti” kitabınıAzərbaycan dilində nəşr etmək xoşbəxtliyi mənə nəsib oldu.
Azərbaycandilində nəşr olunmuş adını çəkdiyim iki kitabla tanışlıqdan sonra“Kon-Tiki səyahəti“ kitabını nəşr etməyi qərara almışdım. Azərbaycana vəazərbaycanlılara bu qədər yaxın olan dahi insanın bu çox qiymətliəsərinin indiyə qədər tərcümə olunmaması əslində çox utancverici birhadisə idi.
Bu layihənin həyata keçirilməsindəNorveç ədəbiyyat fondu NORLA və “Azerbaijan İnternational” jurnalıköməklik göstərdilər. Kitab 1000 tirajla nəşr olundu və Norveçsəfirliyinin iştirakı ilə təqdimat mərasimi keçirildi. Kitab oxuculartərəfindən maraqla qarşılandı, gec də olsa, milyonlarla insana həyatmübarizəsində güc vermiş bu əsər azərbaycanlı oxuculara təqdim olundu.
Bəşərnəsli üçün Tur Heyerdal nümunəsi nadir nümunədir. Tur Heyerdalın digərəsərlərini də nəşr etməklə çağdaş Azərbaycan gəncliyinin bu nümunə iləyaxından tanış olmasını arzu edirəm. Buna görə də, bu qısa yazımda TurHeyerdalın böyük qəhrəmanlığı haqqında düşüncələrimi oxucularla bölüşməkistəyirəm.
Tur Heyerdalın bioqrafiyasındadiqqətimi cəlb edən ən önəmli məqamlardan biri, onun 2-ci dünyamüharibəsindən dərhal sonra, bütün Avropanın xarabaya çevrildiyi, onmilyonlarla insanın məhv edildiyi, dolayısıyla bütün dünyanın qaranlıqvə ümidsizlik içərisində olduğu bir zamanda, böyük elmi həqiqətlərinaxtarışına çıxmış olmasıdır. Bu T.Heyerdalın düşünülmüş addımı idi vəqısa bir zamanda böyük şöhrət qazanmasının səbəbi bu olmalıdır:sivilizasiyanın, mədəni dəyərlərin kor dalana dirəndiyi bir zamandaKon-Tiki səyahəti insanlığa güclü bir məsaj idi. Bütün bəşəriyyətinmillətçi hisslərlə zəhərləndiyi bir dönəmdə, bir millət adına deyil,insanlıq adına atılmış iri bir addım idi. Tur Heyerdal qəhrəmanlığabərabər bu hərəkəti ilə sanki, qaranlıqdan çıxış yolunun insaniradəsindən kənarda olmadığını və elmin hər yana işıq salan gücününtükənmədiyini sübuta yetirirdi. Bu hadisə elə bir dövrə təsadüf edirdiki, artıq ard-arda iki dünya müharibəsi yaşamış dünyada maarifçilikideyaları iflas etmiş, elmin hər yana işıq salaraq qaranlıq heç birnöqtənin qalmayacağı ideyasına şübhə kölgəsi düşmüşdü, çünki dünyanın ənmədəni, maariflənmiş xalqları ən böyük vəhşilik nümunəsi göstərmişdi.
TurHeyerdal ömrünün sonuna qədər kabinet alimləriylə mübarizə aparmışdı.Məhz kabinet alimləri, başqa sözlə həqiqətləri kitablardan öyrənənlərelmi düşüncənin imkanlarını tükəndirmiş, onu ziddiyyətli bir durumagətirmişdilər.
Tur Heyerdal təkcə Kon-Tikisəyahəti ilə elmi həqiqətlərə canlı şəkildə necə müdaxilə etməningörünməmiş bir nümunəsini gözlər önünə sərdi. Bu səyahət, əsl anlamda,tarixin özünə səyahət idi. Həmdə sivilizasiyaların yarandığı 5000 ilbundan öncəki tarixə səyahət. Bu, ənənəvi elmin postulatlarına uyğundeyildi. Tur Heyerdal kətanda dəlik açıb arxadakı mənzərəni dətablosunun bir parçasına çevirən rəssam kimi ənənəvi düşüncənin kənarınaçıxmışdı.
Əhalisi Azərbaycandan təqribən 2dəfə az olan Norveç Krallığının vətəndaşı Tur Heyerdal bütün dünyaqarşısındakı böyük xidmətləri ilə yanaşı, ilk növbədə öz xalqının övladıidi və onu təmsil edirdi. Həmvətəni Raul Amundsenin yolunu davametdirərək o, insanlıq adına böyük kəşflərə imza atmaqla yanaşı, mənsubolduğu xalqın adını zirvələrə qaldırmışdır. Bu mənada Tur Heyerdalnümunəsi mənim üçün qiymətlidir və onun Azərbaycanda dərindəntanınmasını və öyrənilməsini arzu edirəm.
Böyük ideallar uğrunda yaşamaq sənətini Azərbaycan gəncliyinə Tur Heyerdaldan daha yaxşı öyrədəcək çox az insan vardır.