Xəbər lenti

İdman kompleksində partlayış baş verib - ölən və yaralananlar var
Ölkə15:38 27.12.2013

İdman kompleksində partlayış baş verib - ölən və yaralananlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda güclü partlayış olub.

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, 1 ünvanında yerləşən “Lokomotiv” idman kompleksində qeydə alınıb. İlkin məlumata görə, baş verən partlayış nəticəsində ölənlərin və yaralananların olduğu bildirilir.

Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerində cəlb edilib.

Fövqəladə Hallar Nazirliyindən APA-ya bildirilib ki, baş verən hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Qaynar.info