Xəbər lenti

İdman 12:46 25.08.2023

İdmançıları daşıyan avtobus qəzaya uğradı

Macarıstanda keçirilən atletiko üzrə 19-cu dünya çempionatı zamanı idmançıları daşıyan avtomobil qəzaya uğrayıb.

Qaynarinfo-nun məlumatına görə, paytaxt Budapeştdə təşkil edilən yarışın altıncı günündə ABŞ-dən olan kişilər arasında 100 metr məsafəyə qçışda qızıl medal qazanmış dünya çempionu Nuh Laylesin də yer aldığı avtomobil başqa bir nəqliyyat vasitəsi ilə toqquşub. Qəzadan sonra bir yarış rəsmisinin avtomobildən yıxıldığı və yamaykalı idmançı Endryu Hadsonun gözündən zədə aldığı bildirilib. Qəza səbəbindən yarış həmişəkindən gec başlayıb.

Yarış təşkilatçılarının xoşagəlməz hadisə ilə bağlı yazılı açıqlamasında, "İdmançıların və rəsmilərin durumları yaxşıdır. Yerli təşkilat komitəsi məsələni araşdırır. Yarış iştirakçılarının transfer prosedurları nəzərdən keçirilir” - ifadələrinə yer verilib.

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?