Pekin-2022 Qış Olimpiya Oyunlarında kişi fiqurlu konkisürənlərin qısa proqramda mübarizəsi başa çatıb.
Qaynarinfo xəbər verir ki, yarışda Azərbaycan təmsilçisi Vladimir Litvintsev də iştirak edib. O, 84,15 xalla 18-ci yeri tutub. Qazandığı nəticəyə əsasən "24-lüy"ə düşən idmançımız sərbəst proqramda iştirak edəcək. Proqrama fevralın 10-da start veriləcək.
Azərbaycanın qadın fiqurlu konkisürəni Yekaterina Ryabova isə fevralın 15-də buz meydançasına çıxacaq.
Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.
Səbuhi Həsənov