
Bakıda intihar hadisəsi baş verib.
Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Mərdəkan qəsəbəsində qeydə alınıb.
Qəsəbə ərazisində yerləşən bağ evlərindən birində yaşayan, 1951-ci il təvəllüdlü Aybəniz Əliyeva özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.