Xəbər lenti

III Çarlz oğlunun zənglərinə cavab vermir
Dünya 20:42 01.08.2024

III Çarlz oğlunun zənglərinə cavab vermir

Böyük Britaniya kralı III Çarlz kiçik oğlu şahzadə Harri ilə ünsiyyətini dayandırıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "People" məlumat yayıb.

Jurnalistlərin fikrincə, şahzadə Harri və III Çarlz fevralda görüşdükdən sonra münasibətləri pisləşib. Susseks hersoqu ətrafındakı insanlar monarxın daha oğlunun zənglərinə və məktublarına cavab vermədiyini bildirib.

"III Çarlz indi onun üçün əlçatan deyil. Harrinin zəngləri cavabsız qalır. O, səhhətinin vəziyyətini öyrənmək üçün kralla əlaqə saxlamağa çalışıb, lakin cavab ala bilməyib", deyə mənbə bildirib.

İnsayder həmçinin qeyd edib ki, şahzadə Harri dəfələrlə III Çarlza müraciət edib ki, monarx Böyük Britaniyaya səfərləri zamanı təhlükəsizliklə bağlı problemin həllinə kömək etsin. Sussex hersoqu ona və həyat yoldaşı Meqan Markla 2020-ci ildə kral ailəsinin yüksək rütbəli üzvlüyündən istefa verdikdən sonra əllərindən alındıqları polis mühafizəsinin verilməsini istəyir.

"Harri qorxur və hiss edir ki, bu barədə hər şeyi edə biləcək yeganə adam atasıdır", deyə mənbə qeyd edib.

Fevralın 5-də Bukingem sarayı Britaniya kralına xərçəng diaqnozu qoyulduğunu elan edib. III Çarlz dərhal müalicəyə başlayıb, bu müddət ərzində həkimlər ona ictimai tədbirlərdə iştirakdan imtina etməyi tövsiyə ediblər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->