Xalid Mədətovun qudurğanlığı onun diplomat qardaşının da karyerasına son qoydu
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-ninkeçmiş sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovun "MercedesGalendewagen AMG63” markalı avtomobillə Zığ-aeroport yolunda törətdiyi,iki nəfərin ölümü, üçünün yaralanması ilə nəticələnən dəhşətli qəza iləbağlı virtualaz.org saytına yeni məlumatlar daxil olub.
"AzərbaycanXəzər Dəniz Gəmiçiliyi” QSC-dəki mənbədən məlum olub ki, harın məmuroğlu əslində həmin gün daha bir neçə nəfər özü kimi qudurğan zənginbalaları ilə hərəyə 10 min manatdan atışaraq avtomobil yarışı təşkilediblər.
Məlumata görə, Xalid Mədətov vədostları (cəmi 8 nəfər) şəhərin mərkəzindəki elit restoranların birindəyaxşıca yeyib-içdikdən sonra kimin daha bərk maşın sürməsi məsələsiüstündə bəhsə giriblər. Mübahisə zamanı belə ideya ortaya atılıb ki,kimin daha bərk sürdüyünü və kimin maşınının daha sürətli olduğunu sübutetmək üçün ortaya pul qoyub yarış təşkil etmək lazımdır. Yarışınşərtlərinə görə, hər bir iştirakçı 10 min manat pul qoyaraq "mükafatfondu” yaradıblar. Zığ şossesi (beton yol kimi tanınır) ilə şütüyərəkHeydər Əliyev adına Bakı Beynəlxalq Aeroportuna birinci çatan "qonşik”80 min manatlıq uduşa da sahib olmalı idi.

X.Mədətovundigər 7 qudurğan dostunun adları hələlik məlum olmasa da onların da"Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavininin oğlu kimi yüksəkvəzifəli şəxslərin uşaqları olduğu bildirilir. Həmin harın balalar daX.Mədətov kimi qiyməti yüz minlərlə manat olan superkarlarda - "MercedesMcLaren”, "Mercedes Benz SLK”, "Porsche Panamera”, sonuncu model "Audi”və s. markalı maşınlarda yarışa çıxıblar. Söhbət hər birinin qiyməti200-250 min manat olan maşınlardan gedir.
Hamısıbərk sərxoş olan yarış iştirakçıları gecə saat 1 radələrində Zığşossesi ilə vəhşi sürətlə hərəkətə başlayıblar. X.Mədətovun"Galendewagen”i digər iştirakçıların maşınlarından bir azca geri qalıb.Oğul Mədətov yarışı udmaq üçün sürəti daha da artırıb və avtomobilinsürəti saatda 240 kilometrə çatıb.
Ancaq"Galendewagen” idarəetməni itirib və arxadan dəhşətli zərbə ilə xalqartisti, məşhur tarzən Ağasəlim Abdullayevin idarə etdiyi, içərisindəsənətkarın ailə üzvləri, o cümlədən azyaşlı nəvəsi olan "VAZ-2106”-yaçırpılıb. Zərbənin təsirindən "Jiquli” darmadağın olub, "Galendewagen”isə şosse yolunu ayıran dəmir arakəsmələrə çırpılaraq dayanıb.
Qəzadanbir neçə dəqiqə sonra yarışın digər iştirakçıları öz superkarlarındageri qayıdaraq hadisə yerinə çatıblar və X.Mədətovu maşından çıxarıblar.Daha sonra onlar X.Mədətovu da götürərək hadisə yerindən uzaqlaşıblar.
Şahidlərin qəza yerindən mobil telefonla çəkdikləri görüntülərdə də X.Mədətovun dostlarının bəzilərini görmək mümkündür.
Xatırladaqki, böyük ictimai rezonans doğuran bu cinayət əməlindən sonra prezidentİlham Əliyev X.Mədətovun atasını vəzifədən qovdu. Neft pulları hesabınaquduran məmur oğlu isə həbs olundu.
Virtualaz.orgsaytına o da məlum olub ki, prezident İlham Əliyev X.Mədətovun bucinayət əməlinə görə təkcə onun atasını işdən qovmayıb. "AzərbaycanXəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavininin kiçik oğlu, AzərbaycanınAlmaniyadakı səfirliyində işləyən Yusf Mədətov da geri çağırılıb vədiplomatik xidmətdən qovulub.
Yusif Mübarizoğlu Mədətov Azərbaycanın Almaniyadakı səfirliyində II katib vəzifəsindəişləyən diplomat olub və 2006-cı ildə Almaniya XİN-in gənc diplomatlarüçün təşkil etdiyi bir illik hazırlıq ("Diplomatenkolleg”) kursunubitirib. Onun qəzadan (martın 15-nə keçən gecə) üç gün sonra geriçağırıldığı bildirilir. Hazırda Azərbaycanın Almaniyadakı səfirliyininişçilərinin XİN-in saytında yer alan siyahısında Y.Mədətovun adı yoxdur.
Göründüyükimi, prezident İlham Əliyev qudurğan məmur balaları ilə bağlı məlumxəbərdarlığı boş yerə etməmişdi və M.Mədətov kimi bu xəbərdarlıqdan dərsgötürməyən məmurlar dövlət başçısının qətiyyətinə bir daha əmin olabilərlər.
Şübhəsiz ki, qudurğan məmurbalalarının martın 15-nə keçən gecə Zığ şossesində təşkil etdikləriyarışın görüntüləri videomüşahidə kameralarına düşüb və bu cinayətləbağlı istintaq aparan müstəntiqlər digər iştirakçıları da asanlıqlamüəyyən edə bilərlər.
Təbii ki, yüksək sürətləavtomobil idarə edib başqalarının həyatını təhlükədə qoyan bu şəxslərinəməllərini ört-basdır etmək niyyəti yoxdursa... //musavat.com