Xəbər lenti

İki aya 66 ədəd şokalad oğurladı, kafedə bir manata satdı - 30 sutka həbs
Ölkə 13:58 29.05.2024

İki aya 66 ədəd şokalad oğurladı, kafedə bir manata satdı - 30 sutka həbs

Bakıda son iki ayda eyni marketdən 36 ədəd şokad oğurlayan şəxs saxlanılıb. 

Qaynarinfo-nun məlumatına görə, 1997-ci il təvəllüdlü Hüseyn Zeynalov (şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 

Məhkəmədə məlum olub ki, Səbail rayonu, "20-ci sahə" dairəsi yaxınlığında yerləşən supermarketdən 30 ədəd "Alpenqold" şokoladını idman gödəkcəsinin içərisinə qoyaraq, marketdən çıxmaq istəyib. Bu zaman marketin mühafizəsi tərəfindən saxlanılıb. Həmin şəxs hadisədən iki ay əvvəl, yəni 2024-cü ilin fevral ayında da həmin marketdən 36 ədəd şokalad oğurlayıb. 

O, məhkəmədə oğurladığı şokaladları kafelərə bir manata satdığını bildirib. 

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib və 30 gün müddətinə inzibati qaydada həbs edilib. 

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->