Xəbər lenti

İki Azərbaycan vətəndaşı ABŞ əsgərini döydü: Litvada qalmaqal
Ölkə08:58 16.06.2018

İki Azərbaycan vətəndaşı ABŞ əsgərini döydü: Litvada qalmaqal

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İki Azərbaycan vətəndaşı ABŞ əsgərini döyüb.
Qaynarinfo "Timetürk"ə istinadən xəbər verir ki, hadisə Litvanın paytaxtı Kaunasda baş verib.
Yerli polisin açıqlamasına görə, Litvada NATO-nun "Saber Strike 2018” irimiqyaslı təlimlərinə qatılan ABŞ əsgəri ilə Laysves yolunda iki Azərbaycan vətəndaşı arasında dava düşüb. Azərbaycanlılardan biri onun sifətinə yumruq atıb. Dava vaxtı uniformada olmayan əsgər xəsarət alıb. 
Kaunas polisi adı açıqlanmayan ABŞ əsgərinin xəstəxanada müayinə edildiyini, Azərbaycan vətəndaşlarının isə saxlanıldığını bildirib.