Türkiyənin Nevşehir Polis İdarəsinin əməkdaşları tərəfindən müxtəlif cinayətlərə görə məsuliyyətə cəlb edilən 4 xarici ölkə vətəndaşı saxlanılıb.
Qaynarinfo xəbər verir ki, sözügedən əcnəbilər Türkiyənin Miqrant Qaçaqçılığı ilə Mübarizə və Sərhəd Qapıları Şöbəsinə təhvil verilib.
Məlum olub ki, saxlanılan Əfqanıstan vətəndaşlarından biri cinsi zorakılığa görə axtarışdadır, digəri isə ölkə ərazisinə qanunsuz daxil olub. Həmçinin Azərbaycan vətəndaşlardan biri qaçaqmalçılıqda günahlandırılır, digərinə isə Türkiyəyə girişinə qadağa qoyulub. Saxlanılan azərbaycanlılardan biri xanım, digəri isə kişidir.
İki əfqan və iki Azərbaycan vətəndaşına qarşı inzibati prosedurlar tamamlandıqdan sonra onların ölkələrinə deportasiya edilmələri ilə bağlı məhkəmə hökmü çıxarılıb. Saxlanılanlar Kayseridəki geriqaytarılma mərkəzinə təhvil verilib.