Xəbər lenti

İki azyaşlı qardaş kanala düşdü – Faciə
Ölkə07:40 12.11.2014

İki azyaşlı qardaş kanala düşdü – Faciə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mingəçevirdə iki azyaşlı uşaq kanala üşüb. 

Qaynar.info xəbər verir ki, 8 və 12 yaşlı qardaşlar rayon ərazisindən keçən Qarabağ kanalına düşərək boğulub. Azyaşlı uşaqların kanal kənarında balıq tutduğu bildirilir. Əvvəlcə 8 yaşlı uşaq suya düşüb, böyük qardaşı ona kömək etmək üçün kanala atılıb. Lakin hər ikisi suda batıb.

FHN əməkdaşları uşaqların meyitini axtarır. 

Qaynar.info