“Gənclər Turizmi” ictimai birliyi və “Gənclərin Həmrəyliyinə Dəstək” ictimai birliyi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. "Qaynar"-ın verdiyi xəbərə görə, memorandumun imzalanmasında ictimai birliklərin idarə heyəti və üzvləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
“Gənclərin Həmrəyliyinə Dəstək” ictimai birliyini təmsil edən, onun sədri Cəmilə Abdullayeva ictimai birliyin fəaliyyəti haqqında danışıb. Daha sonra isə “Gənclər Turizmi” ictimai birliyini təmsil edən, onun sədri Kənan Bayram oğlu Hənifəyev özünün təmsil etdiyi ictimai birliyin fəaliyyəti haqqında danışıb.
Memoranduma görə, tərəflər Azərbaycanın turizm sahəsində gənclərin maarifləndirilməsi, milli- mənəvi dəyərlərimizin təbliği, ixtsas artırılması və gənclərin asudə vaxtlarının səmərəli təşkili sahəsində əməkdaşlıq edəcəklər.
Bu əməkdaşlıq çərçivəsində Gənclərin turizm sahəsində maarifləndirilməsi, kurslar, seminarlar, konfranslar, dəyirmi masalar, forumlar və infoturların təşkil edilməsi, həmçinin Azərbaycanın milli-mənəvi dəyərlərinin gənclər arasında təbliği və təşviqi, vətənpərvərlik ruhunun artırılması istiqamətində tədbirlərin görülməsi, gənclərin asudə vaxtlarının ixtisas üzrə səmərəli təşkil edilməsi və qeyd olunan mövzular üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Qaynar.Az
