Xəbər lenti

İki günlük karantinin nəticəsi nə vaxt bilinəcək? - Millət vəkili
Ölkə12:22 08.06.2020

İki günlük karantinin nəticəsi nə vaxt bilinəcək? - Millət vəkili

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Yoluxmanın sayı aşağı düşsə, yəqin ki, bunun yenidən tətbiq edilməsi labüd bir məsələ olacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev iyunun 6-7-də Azərbaycanda tətbiq edilən həftəsonu təcridin effektivliyindən danışarkən deyib. Deputat qeyd edib ki, həftəsonu təcridin effektivliyi qarşıdakı həftədə məlum olacaq:
"Gələn həftə həftəsonu təcridin tətbiq edilməsi ilə bağlı indidən qərar vermək tezdir. Üzümüzə gələn həftə necə olacaqsa, yəqin ki, Operativ Qərargah statistikya istinad edərək qərar verəcək. Karantin rejiminin həftə sonları sərtləşdirilməsi Türkiyədə effekt verdi. Həftə sonları təcridin ilk həftəsindən 14 gün sonra onlar hesablama apardı və statistikada çox müsbət tendensiyanın olduğunu gördülər. Düşünürəm ki, Azərbaycanda da həftəsonu təcriddən 14 gün sonra aparılan statistikada yoluxmanın sayı aşağı düşsə, yəqin ki, bunun yenidən tətbiq edilməsi labüd bir məsələ olacaq. Bunu yalnız statistika və yoluxma sayı ilə müəyyən etmək olar. Birbaşa demək olmaz ki, iyunun 6-7-də Azərbaycanda sərt rejim olunubsa, bu, müsbət nəticə verəcək ya yox”.
Bahar Rüstəmli