"İki il əvvəl vəfat edən uşağımın şəkillərini paylaşıb pul yığırlar" (VİDEO)
"Dünyasını dəyişən uşağımın adına hesab açılıb, sosial şəbəkələrdə paylaşılaraq pul yığılır”.
Bu iddia ilə Xezerxeber.az-a uşağın anası Nəzrin Əsgərova müraciət edib.
O bildirib ki, övladı M. Kələntərov 2021-ci ildə dünyaya gəlib və ağır xəstəlikdən dünyasını dəyişib. Hələ də 2 il əvvəl vəfat edən uşağının şəkilləri sosial mediada pul yığmaq üçün istifadə olunur:
"Hesab kartı qoyaraq insanları aldadır, kömək istənilir, pul yığırlar. Hesab Aygün Umudova adlı şəxsin adından açılıb. Halbuki mənim uşağım iki il əvvəl Türkiyədə dəfn olunub. Bu qədər vicdansızlıq, insanların inamından istifadə eləmək hara sığır?! Tək mənim uşağım deyil, başqa uşaqların da şəkilləri paylaşılır. Bildiyimə görə, o uşaqlar da vəfat ediblər...”
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər