Xəbər lenti

İki kriminal avtoritet arasındakı köhnə ədavət yenidən qızışdı (VİDEO)
Ölkə08:51 18.04.2013

İki kriminal avtoritet arasındakı köhnə ədavət yenidən qızışdı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Böyük tamaşaçı auditoriyasının maraq və diqqətlə izlədiyi “Məhkumlar” bədii televiziya serialının 28-ci bölümü də intriqa dolu hadisələrlə zəngindir.

Azərbaycan Respublikasının Xalq artisti Amaliya xanım Pənahovanın canladırdığı Amaliya obrazı getdikcə cərəyan edən hadisələrin əsas fiquruna çevrilməyə başlayır. Qaynar.info xəbər verir ki, həbsxanada Bəhramla görüşən Amaliya ondan izahatını dəyişdirməyi, Adillə bağlı bircə kəlmə belə işlətməməyi tələb edir. Bunun müqabilində isə ona azadlıq vəd eləyir.

Xəstəxanada Xuramanla Zərintac arasında gərgin anlar yaşanır.  Koma vəziyyətində olan Solmaza təcili qan köçürmək məcburiyyəti yaranır. Uyğun gələn isə yalnız Xuramanın qanıdır. Xuraman Zərintacın ona müraciət etməsini gözləyir... Bu arada isə Adil həbs olunur. 

Zər Şahmarla Azərbaycan Respublikasının Əməkdar artisti Kazım Abdullayevin oynadığı Tahir  üz-üzə gəlir. İki kriminal avtoritet arasında köhnə ədavət yenidən qızışır. 

Bütün bu hadisələrin necə nəticələndiyini bilmək istəyirsinizsə, “Məhkumlar” serialının bu axşam ATV kanalında yayımlanacaq 28-ci seriyasını mütləq izləyin.

Qaynar.info