Sumqayıt şəhərində vətəndaşa məxsus “Niva” markalı minik avtomobilinin digər vətəndaşa məxsus “Subaru” markalı minik avtomobili ilə toqquşması nəticəsində yanğın baş verib. Qaynar.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə “Niva”nın sürücüsü müxtəlif bədən və yanıq xəsarətləri ilə Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.
Hadisə zamanı “Niva”da olan sərnişin 1958-ci il təvəllüdlü Novruzov Yaşar Novruz oğlunun meyiti aşkar olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Qaynar.info