Xəbər lenti

İki məktəb sökülüb, yenidən tikiləcək
Ölkə19:32 16.12.2019

İki məktəb sökülüb, yenidən tikiləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2019-cu ildə Bakı Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 6 məktəbdə əsaslı təmir işləri aparılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu BŞTİ-nin müdiri Rəşad Tağıyev ilin yekunları ilə bağlı çıxışında deyib. Onun sözlərinə görə, mövcud olan 1 məktəbin binası yenilənib, 1 məktəb üçün digər ərazidə yeni bina inşa olunub, ehtiyac olan ərazidə 1 yeni məktəbin inşası başa çatıb və 2 məktəbin köhnə korpusları sökülərək yenidən tikilib.
"Eləcə də, 224 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri aparılıb. 2 məktəbin sökülərək yenidən tikintisinə, 2 məktəbin isə korpuslarının sökülərək tikintisinə başlanılıb. Hazırda 1 məktəb üçün əlavə korpusun tikintisi davam etdirilir", - deyə Rəşad Tağıyev bildirib.