Xəbər lenti

Iki nəfər bıçaqlandı
Ölkə10:45 06.07.2013

Iki nəfər bıçaqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda iki nəfər bıçaqlanıb. Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Göygöl rayonunun Qızılca kəndinin ərazisində kənd sakini 1987-ci il təvəllüdlü Şöhrət Bağırov ürək nahiyəsindən bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 Analoji hadisə Tovuz rayonunda da qeydə alınıb. Rayon sakini 43 yaşlı Rəfail Abdullayev bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 Hər iki fakt üzrə əməliyyat axtarış tədbirləri davam etdirilir.