Xəbər lenti

İki nəfər minaya düşdü (ADLAR)
Ölkə16:17 21.10.2022

İki nəfər minaya düşdü (ADLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Laçında iki nəfərin minaya düşməsi ilə bağlı məlumat yayıb.
Qurumun Mətbuat Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, 2022-ci 21 oktyabr tarixində Laçın rayonunun Suarası kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.
İlkin məlumata əsasən hadisə nəticəsində Həmidov Elsəvər Sovet oğlu və Həsənov Səbuhi Telman oğlu xəsarət alıb.
"Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə məlumatda qeyd olunur.