Azərbaycanın daha bir qadın güləşçisi "Minsk 2019”un finalına vəsiqə qazanıb.
Qaynarinfo xəbər verir ki, 62 kiloqram çəki dərəcəsində mübarizə aparan Elmira Qəmbərova yarımfinalda rumıniyalı Krişta İnçze ilə qarşılaşıb.
Güləşçimiz 4:1 hesabı ilə qalib gələrək finala yüksəlib. E.Qəmbərova finalda ukraynalı Yuliya Tkaç ilə qarşılaşacaq.
Qeyd edək ki, bundan əvvəl Azərbaycanın qadın güləşçisi Mariya Stadnik "Minsk 2019” II Avropa Oyunlarında finala yüksəlib.