Vədafar Əliyev 2006-cı ildə Moskva şəhərində qonaq qaldığı evdə iki qadını qətlə yetirib
Rusiyada iki nəfəri öldürən azərbaycanlıya 14 il iş verilib.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Moskva prokurorluğundan məlumat verilib.
Məlumatda bildirilir ki, Azərbaycan vətəndaşı olan Vədafar Əliyev 2006-cı ilin noyabr ayında Moskva şəhərində qonaq qaldığı evdə iki qadını boğaraq öldürüb. Bundan sonra qaçaraq Azərbaycanda gizlənib. Elə həmin gün onun haqqında beynəlxalq axtarış elan olunub.