Xəbər lenti

İki qardaşı güllələmiş şəxs tutulub
Ölkə11:02 04.07.2013

İki qardaşı güllələmiş şəxs tutulub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Balakən rayonu ərazisində Bəxtiyar Qurbanovu qətlə yetirmiş və onun qardaşı Şahini yaralamış şəxs tutulub.

İyulun 3-də Balakən rayonunun Tülü kəndi ərazisində naməlum şəxs ov tüfəngindən atəş açaraq kənd sakinləri Bəxtiyar Qurbanovu qətlə yetirib, onun qardaşı Şahini isə yaralayıb.

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş İtitala kənd sakini Qasım Mahmayev tutularaq saxlanılıb. Saxlanılan zaman onun üzərindən 1 ədəd ov tüfəngi götürülüb.

Qaynar.info