Xəbər lenti

İki qızı xilas olunsa da, ananın meyiti çıxarıldı: Ölənlərin sayı artır - VİDEO
Ölkə12:59 08.09.2014

İki qızı xilas olunsa da, ananın meyiti çıxarıldı: Ölənlərin sayı artır - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xırdalanda uçan binanın altından daha bir nəfərin meyiti çıxarılıb.

"Qafqazinfo"nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Abdullayeva İfayətin həyatını xilas etmək mümkün olmayıb. Hazırda onun cəsədi dağıntılar altından çıxarılıb.

Qeyd edək ki, mərhumənin Firuzə və Aytac adlı iki qızı binanın altından sağ çıxarılsa da, ananın həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, Xırdalanda 4 mərtəbəli binada baş verən partlayışda ölən Məharət Abbasov İfayət Abdullayevanın qardaşı imiş.

Qaynar.info