Xəbər lenti

İki uşaq atası öldürüldü - Qubada
Ölkə18:52 16.11.2016

İki uşaq atası öldürüldü - Qubada

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Quba rayonunun Barlı kənd sakini, 37 yaşlı Ramiz Məmmədov qohumu, 1961-ci il təvəllüdlü Yusif Babayev tərəfindən bıçaqlanıb. ARB TV-nin məlumatına görə, hadisə səhər saatlarında baş verib.
O, dərhal Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olan Ramiz Məmmədov əməliyyat otağına aparılarkən dünyasını dəyişib. Bıçaqlanaraq öldürülən Ramiz Məmmədov iki uşaq atasıdır.
Rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Yusif Babayev saxlanılıb.
Faktla bağlı Quba Rayon prokurorluğunda araşdırmalara başlanılıb.
Qaynarinfo.Az