Xəbər lenti

İki uşaq atasını başından güllələyib baqajda gizlətdilər - FOTOLAR
Ölkə08:14 26.04.2015

İki uşaq atasını başından güllələyib baqajda gizlətdilər - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tovuzda dəhşətli qətl törədilib. "Kəpəz TV" xəbər verir ki, Tovuzun Əlimərdanlı kənd sakini, 2 uşaq atası Müşviq Hüseynov baş nahiyəsindən güllələnərək qətlə yetirilib. 
43 yaşlı fermerin cəsədi özünə məxsus avtomobilin yük yerində, kənd qəbristanlığının yanında tapılıb. Dərhal hadisə yerinə Tovuz Rayon Polis şöbəsinin əməkdaşları çağırılıblar. Meyit tapıldığı yerdən Məhkəmə-Tibbi Ekspertiza və Patoloji-Anatomiya Birliyinin Tovuz Rayon Şöbəsinə gətirilib. 
Qətlin kim, yaxud kimlər tərəfindən və hansı səbəblərdən törədildiyi araşdırılır. 
Qaynar.info