
Bakıda 2 yaşlı uşaq dördüncü mərtəbədən yıxılaraq ölüb.
Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Asif Məhərrəmov küçəsi 52 ünvanında qeydə alınıb. 2011-ci il təvəllüdlü Ramal Natiq oğlu Rəsulov yaşadığı binanın dördüncü mərtəbəsindən yıxılıb. R. Rəsulov Klinik Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.