Xəbər lenti

İkimərtəbəli kafe yandı
Ölkə18:57 19.01.2014

İkimərtəbəli kafe yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bərdədə kafe yanıb. 

Qaynar.info xəbər verir ki, APA-nın məlumatına görə, bir neçə dəqiqə ərzində yanğın ikimərtəbəli binanı tamamilə yararsız hala salıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Bərdə Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları və yanğınsöndürən maşınları gəlib. Alovun qonşuluqdakı binalara və ticarət köşklərinə keçməsinin qarşısı alınıb.

Kafe yanaraq yararsız hala düşüb. Yanğının başvermə səbəbləri hələlik məlum olmasa da, kafenin sahibi Müslüm Vəliyev iaşə obyektinin qəsdən yandırıldığını iddia edir.

Qaynar.info