Xəbər lenti

İkinci Aşıqlar sakinləri təhlükədən qurtuldu (FOTO)
Ölkə18:26 27.12.2018

İkinci Aşıqlar sakinləri təhlükədən qurtuldu (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Beyləqan rayonunda dörd ədəd 60 mm-lik minaatan mərmisi tapılıb.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Qaynarinfo-ya verilən məlumata görə, Agentliyə Beyləqan rayonu, İkinci Aşıqlar kəndi ərazisində bir ədəd mərminin tapılması barədə daxil olan məlumat əsasında Agentliyin mütəxəssisləri və Beyləqan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə yol kənarına baxış keçirilib.
Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən dörd ədəd 60 mm-lik minaatan mərmisi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Minaatan mərmilərin ətrafında 1 000 kv.m ərazi yerüstü və 150 kv.m ərazi isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.