Xəbər lenti

İlham Əliyev 1-ci Ordu Korpusunun komandirini təbrik etdi
Ölkə15:48 03.10.2020

İlham Əliyev 1-ci Ordu Korpusunun komandirini təbrik etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev bu gün 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu Madagizin işğaldan azad olunması münasibətilə təbrik edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Prezidentin Mətbuat Xidməti məlumat yayıb:
"Ona tapşırıq verdi ki, Ali Baş Komandanın təbriklərini korpusun bütün şəxsi heyətinə çatdırsın. Hikmət Həsənov Ali Baş Komandana öz təşəkkürünü bildirdi, Prezidenti əmin etdi ki, 1-ci Ordu Korpusu Ali Baş Komandan tərəfindən qarşısında qoyulmuş bütün vəzifələri şərəflə yerinə yetirəcəkdir"