Xəbər lenti

İlham Əliyev 3 hakimi vəzifədən çıxartdı
Ölkə13:55 21.10.2013

İlham Əliyev 3 hakimi vəzifədən çıxartdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın Bakı, Gəncə və Şirvan şəhər apellyasiya məhkəmələrinin hakimləri tutduqları vəzifələrindən azad olunur.

Milli Məclisdən APA-ya verilən məlumata görə, Azərbaycan Prezidenti tərəfindən “Məhkəmələr və hakimlər haqqında” qanunun 97-ci maddəsinə əsasən parlamentə təqdimat göndərib.
 
Təqdimata əsasən, Bakı Apellyasiya Məhkəməsinin hakimi Xəlilov Hilal İsmayıl oğlu, Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əhmədov Ceyhun Rasim oğlu və Şirvan Apellyasiya Məhkəməsinin hakimi Allahverdiyev Məhərrəm Ələkbər oğlu tutduqları vəzifələrindən azad edilirlər. Təqdimat Milli Məclisin sabah keçirilən plenar iclasında müzakirəyə çıxarılacaq.

Qaynar.info