Xəbər lenti

İlham Əliyev 7 milyon pul ayırdı
Ölkə14:08 16.07.2015

İlham Əliyev 7 milyon pul ayırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən regionlarda əhaliyə göstərilən xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən regionlarda əhaliyə göstərilən xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Qaynar.info xəbər verir ki, sərəncamla 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə Masallı rayonunda regional “ASAN xidmət” mərkəzinin tikilməsi üçün ilkin olaraq 7 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə isə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Qaynar.info