
Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri Gürcüstanın paytaxtıTiflisdə görüşəcək. Anspress-in məlumatına görə, bu barədə Gürcüstanprezidenti Georgi Marqvelaşvili açıqlama verib.
Onun sözlərinə görə, hər üç ölkənin prezidenti arasında görüş may ayınınəvvəlində Gürcüstanda təhlükəsizlik məsələləri ilə bağlı keçiriləcəksammit çərçivəsində baş tutacaq.
“Ölkələrimiz və region üçün ən vacib məsələlərdən biri olantəhlükəsizliklə bağlı keçirilən sammitdə Azərbaycan, Türkiyə vəGürcüstan prezidentlərinin görüşü olacaq. Biz enerji təhlükəsizliyi iləbağlı məsələləri müzakirə edəcəyik”, - deyə Gerogi Marqvelaşvilibildirib.
Qaynar.info