Xəbər lenti

İlham Əliyev: “Azərbaycan belə təhlükə ilə üzləşə bilər”
Ölkə15:14 06.12.2017

İlham Əliyev: “Azərbaycan belə təhlükə ilə üzləşə bilər”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda keçirilən "Bakutel-2017” sərgisi ilə bağlı Rusiyanın "Rossiya-24” telekanalında reportaj yayımlanıb.
Qaynarinfo-nun  məlumatına görə, prezident İlham Əliyev "Rossiya-24”ün müxbirinin sualını cavablandırıb. 
Reportajda deyilir ki, Bakı bir həftəlik informasiya texnologiyalarının paytaxtına çevrilib.
"Rossiya-24”ün müxbirinin sualını cavablandıran prezident İlham Əliyev bildirib ki, Azərbaycan texnologiyalar məsələlərində Rusiya ilə tərəfdaşlığı genişləndirir, dünya təhlükəsizliyinin yeni çağırışları əməkdaşlığın yeni sahələrinə çevrilir, məsələn, kiberhücumlar: "Azərbaycan uğurla inkişaf edir, regional və beynəlxalq məsələlərdə onun rolu artır. Ölkəmiz böyük potensiala malikdir. Təbii ki, ölkəmiz belə təhlükə ilə üzləşə də bilər. Biz bütün tərəfdaşlarımızla əməkdaşlığa açığıq. Bu istiqamətdə Rusiya ilə də yaxşı əməkdaşlıq perspektivi mövcuddur. Biz bilirik ki, Rusiyada kibertəhlükəsizliyə böyük diqqət yetirilir. Buna görə əlbəttə ki, bizim qurumlarımız rusiyalı həmkarları ilə müvafiq iş aparır”.