Xəbər lenti

İlham Əliyev: ""Bayraktar" uğurlarımızın əldə edilməsində müstəsna rol oynadı"
Ölkə15:33 10.12.2020

İlham Əliyev: ""Bayraktar" uğurlarımızın əldə edilməsində müstəsna rol oynadı"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu gün imzalanmış bir neçə sənəd Türkiyənin inkişaf etmiş sənaye məhsullarını Azərbaycana təqdim edəcək. Bu gün imzalanmış sənədlər son illər imzalanmış sənədlər arasında çox kiçik yer tutur”.
Bu sözləri bu gün Türkiyə və Azərbaycan arasında sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
"Vətən müharibəsində Türkiyənin müdafiə sənayesinin məhsulu olan məşhur "Bayraktar” böyük dəyişikliklərə səbəb olub. Bizim uğurlarımızın əldə edilməsində müstəsna rol oynadı. Bütün dünya türk xalqının zəkasını, istedadını bir daha gördü. Türk sənayesinin inkişaf etmiş olduğunu bir daha gördü”, - ölkə başçısı bildirib.