Xəbər lenti

İlham Əliyev bu hərbçilərə ali hərbi rütbələr verdi (SƏRƏNCAM)
Ölkə14:10 17.08.2021

İlham Əliyev bu hərbçilərə ali hərbi rütbələr verdi (SƏRƏNCAM)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında" sərəncam imzalayıb.
Qaynarinfo-nun xəbərinə görə, sərəncamla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:
general-leytenant ali hərbi rütbəsi
general-mayor Cavid Mirhəmzə oğlu Abdullayevə
general-mayor Elşən Ələkbər oğlu Verdiyevə
general-mayor ali hərbi rütbəsi
polkovnik Babək Vahid oğlu Qurbanova
polkovnik Faiq Həmzəağa oğlu Məmmədova.