Xəbər lenti

İlham Əliyev bu teatrla bağlı sərəncam imzaladı
Ölkə14:31 02.02.2018

İlham Əliyev bu teatrla bağlı sərəncam imzaladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2018-ci ilin mart ayında Mingəçevir Dövlət Dram Teatrının 50 illiyi tamam olur.
Qaynarinfo xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla əlaqədar sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur:
Mingəçevir Dövlət Dram Teatrı mədəniyyət ocağı kimi yarandığı vaxtdan etibarən repertuarında Azərbaycan və eləcə də dünya dramaturgiyasının diqqətəlayiq nümunələrinə geniş yer vermiş, öz səhnəsində müvəffəqiyyətlə nümayiş etdirilən və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan əsərlər ilə ölkədə teatr ənənələrinin daha da zənginləşdirilməsi işində yaxından iştirak etmiş, milli mədəniyyətin ümumi tərəqqisi naminə xidmətlər göstərmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli teatr sənətinin inkişafında özünəməxsus mövqeyə malik Mingəçevir Dövlət Dram Teatrının 50-ci ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Mingəçevir Dövlət Dram Teatrının 50 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.